resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin noyabr ayının 06-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi noyabrın 05-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8820 manata düşüb, Rubl/manat məzənnəsi isə 0,0268 manatda qalıb.

1 Türk lirəsi isə 0,2954 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Noyabrın 05-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8911 manata, 1 rubl 0,0268 manata, 1 Türk lirəsi isə 0,2965 manata bərabər idi.