2019-cu ilin oktyabr ayının 8-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi oktyabrın 7-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.8660 manata, Rubl/manat məzənnəsi isə 0,0262 manata düşüb.
1 Türk lirəsi isə 0,2911 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Oktyabrın 7-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8666 manata, 1 rubl 0,0263 manata, 1 Türk lirəsi isə 0,2977 manata bərabər idi.