2020-ci ilin fevral ayının 21-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi Fevralın 20-si ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, avro/manat məzənnəsi 1.8352 manata, rubl/manat məzənnəsi isə 0,0265 manata düşüblər.
1 Türk lirəsi isə 0,2784 manata geriləyib.
Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.
Fevralın 20-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8358 manata, 1 rubl 0,0267 manata, 1 türk lirəsi isə 0,2794 manata bərabər idi.