resmi-tehran-zelenskini-hedeledi-sebrimiz-sonsuz-deyil

Rəsmi Tehran Zelenskini hədələdi: Səbrimiz sonsuz deyil

Rəsmi Tehran Ukrayna Prezidenti Volodimir Zelenskini hədələyib.

Belə ki, Zelenskinin ABŞ Konqresinin birgə iclasındakı çıxışından və Rusiyanı dronlarla təmin etməsi ilə bağlı Tehranı ittiham etməsindən qəzəblənən İran hədələyici bəyanat verib.

Bu barədə bəyanatı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kanani səsləndirib.

“Cənab Zelenski hər kəsdən yaxşı bilir ki, bu cür əsassız ittihamlara qarşı İranın səbri sonsuz deyil”, - deyə diplomat bildirib.

O həmçinin əlavə edib ki, Ukrayna lideri ABŞ-nin dəstəyinə arxalanan digər siyasi liderlərin taleyindən dərs almalıdır.