“Tesla”-nın Buffalodakı günəş panelləri üzrə istehsalat zavodu buraxdığı günəş panellərinin əksəriyyətini “Solar Roof” sistemi üçün istifadə etmir və onları xaricə idxal edir. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.
Buffalodakı “Tesla”-nın texniki qurğularını şirkətin partnyoru “Panasonic” işlədir. “Tesla” isə sadəcə vaxtaşırı ondan günəş panelləri üçün elementləri alır. Bunu müəssisənin əməkdaşı söyləyib. Şirkətin ABŞ-ın gömrük xidmətinə olan məktubundan məlum olduğu kimi, yerdə qalan məhsulla “Panasonic” əsasən xarici alıcıları təchiz edir.
Lakin “Panasonic” günəş batareyalarının alıcıları haqqında məlumatı və idxal məhsulunun payını açıqlamır. Şirkətdəki mənbə xəbər verib ki, idxal olunan məhsulun böyük hissəsi asiyalı iri alıcıya verilir.
Qeyd edək ki, “Tesla”-nın özündə “Panasonic”-dən elementlərin satınalmasını şərh etməkdən və quraşdırılmış “Solar Roof” sistemlərinin sayı haqqlnda məlumatları təqdim etməkdən imtina ediblər. Lakin şirkətdə qeyd ediblər ki, hazırda “Tesla” “Solar Roof”-u aktiv şəkildə səkkiz ştatda quraşdırır.