ripple-rehberi-xrp-tokeni-qiymetli-kagiz-deyil

“Ripple” rəhbəri: “XRP” tokeni qiymətli kağız deyil

“Ripple” şirkətinin rəhbəri Bred Qarlinqhaus “XRP” tokeninin qiymətli kağız olmadığını, bu faktın Böyük Britaniya və digər ölkələrdə sənədlərdə qeyd olunduğunu iddia edib. İnsider.az bunu “RBK”-ya istinadla bildirir.

O, şirkət tərəfindən altkoinnin ləğvinin ona aktivin praktiki dəyərini artırmağa, “RippleNet” şəbəkəsini inkişaf etdirməyə və bu sikkə ilə çalışan kənar firmaları dəstəkləməyə kömək etdiyini əlavə edib.

Qarlinqhaus xatırladıb ki, şirkət rəqəmsal pul industriyasını inkişaf etdirməyə davam edir, ikinci rübdə isə şirkət “XRP”-ni institusional investorlara satıb və tokeni partnyorlar şəbəkəsi üzərindən yayıb.

Qeyd edək ki, hazırda “XRP”-nin orta bazar qiyməti 0,267 dollar təşkil edir – yay ərzində altkoin 39% ucuzlaşıb. 

Samirə Məmmədova