roberta-metsola-turkiyeye-qarsi-daha-sert-movqe-tutmaq-ucun

Roberta Metsola: “Türkiyəyə qarşı daha sərt mövqe tutmaq üçün...”

Avropa Parlamentinin sədri Roberta Metsola Yunanıstan mətbuatına açıqlamasında Türkiyə əleyhinə açıqlamalar verib.

Metsola, “Türkiyəyə qarşı daha sərt mövqe tutmaq üçün Şura yekdil qərar verməlidir, bu isə, demək olar ki, mümkün deyil”, deyə bildirib.

İnsider.az xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola Yunanıstanın “Phileleftheros” qəzetinə müsahibəsində Türkiyə əleyhinə açıqlamalar verib.

Türkiyə-AB və Türkiyə-Yunanıstan münasibətlərini dəyərləndirən Metsolanın Türkiyə və ŞKTC ünvanına sərt ifadələr işlətməsi diqqət çəkib.

Türkiyənin AB-yə üzv olması üçün lazım olan maddələrin 2005-ci ildən bəri dondurulduğunu bildirən Metsola, “Türkiyəyə qarşı daha sərt mövqe tutmaq üçün Şura yekdil qərar verməlidir, bu isə, demək olar ki, mümkün deyil” dedi.

Metsola, Kipr məsələsində həll üçün Avropa Birliyi tərəfindən aktiv səylər olduğunu ifadə edərək, yüksək səviyyəli danışıqların olduğuna diqqət çəkdi. “Avropa Parlamentinin sədri olanda ilk çıxışımda dediyim kimi, Kipr birləşməyənə qədər Avropa İttifaqı bir bütöv olmayacaq”, - maltalı siyasətçi bildirib.

Mənbə: Son Dakika