roche-nin-azerbaycandaki-numayendeliyi-legv-olunub

“Roche”-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunub

İsveçrə dövlətinin "HOFFMANN-LA ROCHE LTD" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

İnsider.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, birinci Yaşıl ada küçəsi 7 küçəsi, ev Ağ şəhər kompleksi ünvanına bildirə bilərlər.

İsveçrənin transmilli dərman şirkəti olan "Roche" 1896-cı ilin oktyabr ayında Fritz Hoffmann-La Roche tərəfindən qurulub.

©"Marja"