2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Portuqaliya yığmasının sentyabrda keçirəcəyi oyunlarının proqramı müəyyənləşib.
Bu proqram əsasında Kriştianu Ronaldunun kapitanı olduğu komandanın Bakıya gələcəyi tarix bəllidir.
Fernandu Santusun yetirmələri sentyabrın 6-da Bakıya gələcək və millimizlə qarşılaşma üçün son məşqinə çıxacaq. Bir gün sonra isə millimizlə qarşılaşma olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.