“Enerji təchizatının həcmini artıran və bununla da tərəfdaşlarının enerji təhlükəsizliyini təmin edən Azərbaycan son illərdə bir çox ölkələr üçün etibarlı tərəfdaşa çevrilib”.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.
O, dünyanın hazırda çox dəyişkən bir dövrdə olduğunu və bu dövrdə enerji keçidinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
R.Nəcəfin sözlərinə görə, SOCAR ətraf mühitin qorunmasına böyük diqqət ayırır, buna görə də şirkət dekarbonizasiya və digər aspektlər üzərində işləmək öhdəliyinə sadiqdir.
“Bununla bağlı biz müxtəlif şirkətlərlə əməkdaşlıq edirik”, - o əlavə edib.
Report