"Biz Azərbaycanda startap ekosistemi mədəniyyətinin inkişafı barədə birgə fikirləşməliyik".
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Baku ID" innovasiya festivalında çıxışı zamanı deyib. O bildirib ki, bu sahədə də əsas önəmli olan insan kapitalıdır.
"İstedadlı insanlar bir neçə il çalışır, investisiya cəlb edir və startap yaradırlar. Lakin bu həmişə uğurlu olmaya bilir. Startap sahəsi bir sıra risklər daşıyır. Düşünürəm ki, ölkəmizdə startap mədəniyyəti uğurla formalaşır. Bu sahədə son illərdə baş verən pozitiv dəyişikliklər buna bir sübutdur", - deyə R.Nəcəf əlavə edib.