"Xəzər dənizindəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir".
İnsider.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
Bununla bağlı artıq RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin mətbuata açıqlama verdiyini xatırladan V.Rafiqqızı bildirib ki, baş verən hadisə ilə bağlı dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb.
O qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, daha əvvəl Q.Yetirmişli açıqlamasında Xəzər dənizində çoxlu sayda palçıq vulkanlarının mövcudluğunu deyib. Onun sözlərinə görə, Xəzər dənizində partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir.