rufet-haciyev-assosiasiya-turizm-sirketlerine-teklif-ve-iradlarini-bildirmesi-ucun-imkan-yaradir

Rüfət Hacıyev: Assosiasiya turizm şirkətlərinə təklif və iradlarını bildirməsi üçün imkan yaradır

"Son illər turizm sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. İnkişafda olan turizmə yeni nəfəs bəxş etmək lazımdır".

İnsider.az xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev deyib. Bildirib ki, turizm sahəsi özündə əllidən artıq sektoru birləşdirən sənayedir: "Bizim assosiasiyanın əsas məqsədi ümumi rifah və nəticəyə fokuslanmaqdır. Sahibkarlar və dövlət qurumları arasında sıx əlaqəni formalaşdırmaq, möhkəm bir körpü yaratmaqdır. Son zamanlar Azərbaycanın turizm sahəsində inkişafın nəticəsi olaraq qurumlar və təşkilatlar fəaliyyətə başlayıb. Onların sırasında Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Bələdçilər Assosiasiyasını vurğulamaq olar. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinin rəhbərlərinə öz təklif və iradlarını bildirməsi üçün imkan yaradır".