rusiya-azerbaycan-serhedinde-zelzele-olub

Rusiya-Azərbaycan sərhədində zəlzələ olub

Rusiya-Azərbaycan sərhədində 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:11-də qeydə alınıb.

Zəlzələnin episentri Dərbənddən 51 km cənubda, Samur keçid məntəqəsində 6 km aralıda yerləşib. Təkanların ocağı 44 km dərinlikdə olub.