rusiya-birjasi-ve-rubl-deyer-qazanib

Rusiya birjası və rubl dəyər qazanıb

Səudiyyə Ərəbistanına həyata keçirilən hücumun ardından neftin qiymətlərində baş verən yüksəliş səbəbilə Rusiya birjası və rubl dəyər qazanıb. 

İnsider.az xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid obyektlərə edilən hücumun ardından neftin  qiyməti  60 dollardan 66 dollara qədər yüksəlməsi səbəbindən Moskva Birjası İndeksi günün ilk yarısında 0,9 faiz artımla 2818 bəndə qalxıb.

RTS indeksi 1,8%-lik yüksəlişlə 1393 bəndə qalxıb. Rusiya rublu dollar qarşısında 1 avqustdan bu yana ilk dəfə 64 səviyyəsindən aşağı enərək 63,77-yə geriləyib.

Şənbə günü  "Saudi Aramco"ya məxsus 2 obyektə silahlı insansız hava vasitəsilə (dron) hücum edilib. 
Hücumun ardından "Saudi Aramco", qlobal neft istehsalının təxminən 6%-ni təşkil edən gündəlik 5,7 milyon barrel neft hasilatını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

©Marja