rusiya-ehalisinin-banklardaki-vesaitleri-aciqlanib

Rusiya əhalisinin banklardakı vəsaitləri açıqlanıb

Bu il iyulun 1-nə Rusiya əhalinin banklardakı əmanətlərinin məbləği 28 982,5 trilyon rubl (təxminən 456 milyard ABŞ dolları) təşkil edib.

İnsider.az xəbər verir ki, bu barədə ölkənin Əmanətlərin Sığortalanması Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, fiziki şəxslərin banklardakı pulları ilin əvvəlindən bəri 4,1%, son 1 ildə isə 2,5% artıb.

Maraqlıdır ki, əmanətlərin artımı Rusiya banklarının illik faiz dərəcələrini azalması fonunda baş verib. Yanvar-iyun aylarında orta əmanət faizi 7,1%-dən 6,5%-ə düşüb. Buna səbəb aparıcı bankların əmanətləri ucuzlaşdırmasıdır. Belə ki, ilk 100-lüyə daxil olan 47 bank əmanət faizlərini azaldıb, 39 bank artırıb, 14 bank isə sabit saxlayıb. 

©Report