rusiya-faiz-endirdi

Rusiya faiz endirdi

Rusiya Mərkəzi Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının bu gün keçirilmiş iclasında uçot dərəcəsini daha 0,25% azaldılaraq 7,25%-dən 7%-ə endirilməsi barədə qərar qəbul edilib.

İnsider.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının Direktorlar şurası əsas faiz dərəcəsini 0,25 bənd azaldaraq 7%-ə endirib. Bu, 2014-cü ildən bu yana ən aşağı səviyyədir. 

Qərar iqtisadçıların proqnozlarına tam uyğundur

Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın sürəti zəifdir, daxili və xarici tələb nəzərəçarpacaq dərəcədə aşağıdır. 

Rusiya Mərkəzi Bankı 2019-cu il ərzində 3-cü dəfədir faiz azaldır. Xatırladaq ki, Mərkəzi Bank uçot dərəcəsini bu il iyunun 14-də 7,75%-dən 7,5%-ə, iyulun 26-da isə 7,5%-dən 7,25%-ə endirib.