rusiya-instagram-nin-abs-variantindan-ferqi-nedir-ve-onun-vasitesile-nece-qazanmaq-olar

Rusiya "Instagram"nın ABŞ variantından fərqi nədir və onun vasitəsilə necə qazanmaq olar?

Rusiyalı bloger Andrey Konon amerikalı blogerlərlə iş təcrübəsi və onların rusiyalı blogerlərdən nə ilə fərqləndiyi barədə fikirlərini bölüşürüb:

Peşəkarlıq

ABŞ-da blogerlərin çoxu öz səhifələrinə təkcə sadəcə tamyararlı KİV kimi münasibət göstərmir, həm də reklamçılarla kommunikasiya qurmağı bacarır.

Bir qayda olaraq, bu, onlar üçün bütöv bir işdir və onlar buna müvafiq şəkildə bütün ciddiliyi ilə yanaşırlar: incədən-incəyə razılaşmaları qeyd edir, publikasiyaların çıxış qrafikinə riayət edirlər.

Rusiyada isə biznes-blogerlər belə qabaqcadan ödənilmiş və razılaşdırılmış çəkilişə gəlməyə bilərlər, qaldı ki, söhbət nəsə söz verib, avansı götürüb və yox olan "Instagram"-inflüenserlərdən getsin – bunlar həftələrlə bağlantı yaratmaya bilərlər.

Çəkilişin nə üçün pozulduğu sualına onlar xəstələndiklərini və ya nənələrinin öldüyünü cavab verirlər. Bununla yanaşı onların lentləri yenilənir, onlar “storilər” çəkir, bəzilərinin hətta satış şöbəsi də çalışır – əməkdaşlar reklam satmaq üçün potensial müştərilərə zəng edir. ABŞ-da isə hamı öz reputasiyasına qiymət verir və belə davranışa olduqca nadir hallarda rast gəlinir.

Ayrıca diqqətə ”storilər” layiqdirlər – ABŞ-da hətta xırda blogerlər belə “storilərə” peşəkarcasına yanaşırlar: əvvəlcədən süjet, kadr ardıcıllığını düşünürlər, videonu peşəkar texnika ilə çəkilər. Rusiyada bu cür hələ ki əsasən brendlər edir.

Birdəfəlik atəş əvəzinə intensiv, kəsintisiz və ardıcıl bombalama

ABŞ-da “uzunmüddətli oynamaq” qəbul olunub – brendlər uzunmüdətli strategiyalar qurur, müxtəlif kommunikasiya kanalları düşünür, buna görə də çox vaxt blogerləri uzunmüddətli əməkdaşlığa cəlb edirlər – müqavilələr illərlə davam edə bilər. Belə daha faydalıdır və bloger sifarişçinin müqavilənin uzadılmasında maraqlı olmasına görə 100% bu işə can yandırmağa maraqlıdır.

Rusiyada isə planlaşdırma üfüqü daha qısadır. Buranın marketinqində hələ də “təcilidir, mühümdür, hələ dünən edilməli idi” yanaşması hökm sürür. Bu səbəbdən də planlı, sistemi iş əvəzinə ayrıca “atəşlər” alınır.

Bir qayda kimi, brendlər blogerləri müəyyən kampaniya üçün (çox vaxt marketinq büdcələri üzrə hesabatları bağlamaq lazım olan dövrlərdə) seçirlər: publikasiya, bir-iki “hekayə” çıxır – vəssəlam. Yarım ildən sonra isə bugün şiddətlə “JBL” qulaqcıqlarını reklam edən bloger “Marshalls”-ın fanatına çevrilir. Blogerlə uzunmüddətli əsasda çalışmaqla və ya onu tamamilə brendin səfiri etməklə bu haldan yan qaçmaq olar.

Hazırda Amerikada mikroinflüenserlərlə işləməyə üstünlük verilir – hər inflüenserlə birgə şirkət yaradılır və bu şirkət də əsas istehsalçı şirkətin məhsullarnı satın alır. Gəliri də bölünür.

Fotoşopsuz real insanlar

Rusiyada blogerlər hələ də öz görüntülərini amansızca fotoşoplayırlar, hər üç "Instagram"-blogerdən biri isə emal üçün müxtəlif tətbiqlər vasitəsilə şəkili necə yaxşılaşdırmağın mümkün olduğunu öyrədir.

ABŞ-da çoxları artıq vahid üslubda tərtib edilmiş qeyri-təbii foto və profillərdən aralanıb. Təbiiliyin və “həqiqiliyin” hörməti daha çox artır.

Məsələn, bir layihədə amerikalı byuti-blogeri @synergysoul_ Brittani Hugenbumla (Brittany Hoogenboom) birgə problemli dəri üçün “Healthy Skin Care” kosmetika xətti buraxılmışdı. Brittaninin abunəçi sayı 60 mindən çox deyil, lakin burada abunəçi sayının yox, savadlı storitellinqin əhəmiyyəti var.

Brittaninin həqiqətən dəri ilə problemi var idi və bloqundakı köhnə fotolarında bu bəllidir. O, sızanaq probleminə, o cümlədən birgə tərtib edilən məhsulun istifadəsi sayəsində qalib gələ bildi. Öz bloqunda o, elə bu barədə danışır. Lakin onun bloqunda siz palaz-palaz yazılar tapmazsınız: bütün storitellinq video və öz hekayəsini danışdığı görüntü əvəzinə mətnli qısa kartlar üzərində qurulub.

Onun ideal fotoşop edilmiş fotoları da yoxdur. Bu, brendə inamı formalaşdırır: insan “the girl next door” (“qonşu qızı”) obrazını görür.

Bəlkə də, Rusiyada brendlə blogerin belə bir kollaborasiya nümünələri var, lakin hələ ki, onlara rast gəlinməyib.

“Instagram” ABŞ-da satmır

ABŞ-da “Instagram” satmır. Yəni insanlar birbaşa “Instagram”dan alış-veriş etmir. Hətta onlar sosial şəbəkədə məhsulu görsələr belə, çox güman, onu “Amazon”dan (sadəcə əksəriyyətin “Amazon Prime”-da abunəliyi var və ordan sifariş etməyə öyrəşiblər) ya da qabaqcadan rəyləri oxuyub, saytın özündən alacaqlar. “YouTube”la bu, bir qədər fərqlidir — orada insanlar dərhal linkə keçid edir və sifarişi tərtib edirlər.

“Instagram” yaxın zamanda təzə yenilənməsini – layksz publikasiyaları – test etməyə başlayıb. Bu, çox maraqlı ideyadır. Axı bir çoxları üçün layk sayı uğur göstəricisidir, həmçinin sosial şəbəkədəki müəyyən hiylələr sayəsində çoxluqla manipulyasiya etmək olur. Ona görə də bu yenilənməni bütün hesablara tətbiq etdikdə nə baş verəcəyini təsəvvür etmək çətindir. Ola bilsin, insanlar, nəhayət, kor-koranə trendlərə və şişirdilmiş populyarlığa inanmağı buraxıb öz başları ilə düşünməyə başlayacaqlar.

Samirə Məmmədova