rusiya-iran-neft-senayesine-sermaye-qoya-biler

Rusiya İran neft sənayesinə sərmayə qoya bilər

Rusiya İran neft hasilatı sahəsinə əlavə sərmayə qoymaq imkanlarını araşdırır.

İnsider.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Akeksandr Novak Şərq İqtisadi Forumu zamanı jurnalistlərə bildirib.

İranın enerji naziri Rza Ərdəkaniyan sentyabrın 2-də Rusiyaya səfərinin nəticələrini İRNA-ya şərh edərkən Rusiyanın neft-qaz sənayelərinə 10 milyard dollar sərmayə qoymağa hazır olduğunu qeyd edib.

©Report