rusiya-litvanin-muveqqeti-isler-vekilini-olkeden-cixarir

Rusiya Litvanın müvəqqəti işlər vəkilini ölkədən çıxarır

Rusiya Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbraseni ölkədən çıxarır.

Ona beş gün ərzində Rusiya Federasiyasının ərazisini tərk etmək barədə göstəriş verilir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

“Oktyabrın 5-də Litva səfirliyinin əməkdaşı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya Federasiyasının Litva Respublikasındakı müvəqqəti işlər vəkilinin əsassız olaraq ölkədən çıxarılmasına cavab olaraq nota təqdim edilib. Litvanın Rusiyadakı müvəqqəti işlər vəkili Virciniya Umbrasene persona non qrata elan edilib. Ona beş gün ərzində ölkəmizin ərazisini tərk etmək əmri verilib”, - Rusiya diplomatik xidmətinin məlumatında bildirilir.

Həmçinin, nazirlikdən vurğulanıb ki, humanitar münasibətlərdə Litvanın düşmən siyasətilə ilə əlaqədar Rusiya Litvanın Moskvadakı diplomatik missiyasının mədəniyyət mərkəzinin fəaliyyətini dondurur.

Oxu.Az