rusiya-merkezi-banki-faiz-artirdi

Rusiya Mərkəzi Bankı faiz artırdı

Rusiya Mərkəzi Bank uçot dərəcəsini 1 faiz bəndi artıraraq 8,5%-ə çatdırıb.

Rusiya Mərkəzi Bankı uzun fasilədən sonra əsas uçot dərəcəsini 1 faiz bəndi artıraraq illik 7,5%-dən 8,5%-ə yüksəldib. İqtisadçılar və analitiklər 0,50 faiz bəndi artım gözləyirdilər.

Uçot dərəcəsi sentyabr ayından bəri dəyişməz qalmışdı.

“Mövcud qiymət artım templəri sürətlənib. Daxili tələbatın artması və istehsalın genişləndirilməsi də davamlı inflyasiya təzyiqini artırır”, - deyə Mərkəzi Bank bildirib. 

O qeyd edir ki, rublun zəifləməsi də inflyasiyanı artırır.

Rusiya Mərkəzi Bankı inflyasiya proqnozunu bir qədər də pisləşdirib: 2023-cü ildə 5-6,5%, 2024-cü ildə isə 4% olacağını gözləyir. Əvvəllər tənzimləyici bu il qiymət artımını 4,5-6,5% səviyyəsində proqnozlaşdırırdı. 

Sonuncu dəfə Rusiya Mərkəzi Bank uçot dərəcəsini 2022-ci ilin fevral ayının sonunda artırmışdı - o zaman, xüsusi əməliyyatın başlamasından və Rusiyanın Qərbdə qızıl-valyuta ehtiyatlarının dondurulmasından az sonra onu təcili olaraq 9,5%-dən 20%-ə qaldırmışdı. Daha sonra altı ay ərzində tənzimləyici siyasəti tədricən yumşaldıb və sentyabr ayından bu prosesə fasilə verib.

Marja