Tur-operatorlar indiyə qədər elektron viza alan iranlıların ən azı 30%-nin deportasiya edildiyini açıqlayıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Məlumata görə, deportasiya ilə yanaşı, bir çox iranlı 6 saatdan çox hava limanında uzun növbələrdə sorğu-sual edilib.
Turizm şirkətləri bunun Rusiyaya səfər etmək istəyən iranlıların sayında kəskin azalmaya səbəb olduğunu bildirib.