rusiya-neftin-ixrac-rusumunu-azaldir

Rusiya neftin ixrac rüsumunu azaldır

Rusiyada neftin ixrac rüsumu 2019-cu il oktyabrın 1-dən etibarən 3,5 dollar azalaraq bir ton üçün 87,2 dollar təşkil edəcək.

İnsider.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu ilin 15 avqust - 14 sentyabr aralığında "Urals" markalı neftin orta qiyməti 59,52 dollar/barel və ya 434,5 dollar/ton təşkil edib.

©Report