Rusiya hərbçilərinin Ukraynanın Odessa şəhərindəki dəniz limanının infrastrukturunu raket atəşinə tutması nəticəsində bir mülki şəxs ölüb.
Bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Cənub Dairəsinin Birləşmiş Koordinasiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, Rusiya Qara dənizdəki sualtı qayığından limana aşağı səviyyədə “Kalibr” raketi buraxıb.
Bildirilib ki, raket limandakı inzibati binalardan birinə düşüb, nəticədə bir əməkdaş ölüb, yük terminallarından birində avadanlıq zədələnib.
Report