rusiya-pfizer-in-dermanlarini-sinaqdan-kecirecek

Rusiya “Pfizer”in dərmanlarını sınaqdan keçirəcək

Rusiya ABŞ şirkəti tərəfindən istehsal edilən dərman preparatının ölkədə klinik sınaqdan keçirməyə icazə verib.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, dərman Moskva vilayətində, Sankt-Peterburqda, Smolenskdə, Barnaulda və Rusiya Federasiyasının digər şəhərlərinin bir neçə tibb müəssisəsində keçiriləcək.

Dərmanın sınağı COVID-19 simptomu diaqnozu qoyulmuş şəxslərlə evdə təmasda olmuş böyüklərin üzərində keçiriləcək.

Mənbə: İzvestiya