rusiya-polsa-sefirliyini-qapatdi-sefire-nota-verilib

Rusiya Polşa səfirliyini qapatdı, səfirə nota verilib

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Polşanın Smolenskdəki konsulluğunun bağlanması ilə bağlı nota təqdim edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Rusiya XİN hesab edir ki, Varşava bütün sivil sərhədləri aşaraq Rusiya Federasiyasına qarşı açıq düşmənçilik xətti yürüdür.

Oxu.Az