Rusiya hərbçiləri Krım yarımadası yaxınlığında Böyük Britaniyanın “Defender” eskadra minadaşıyan gəmisi xəbərdarlıq atəşi açıblar.
BBC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, hadisə Qara dənizdə, Fiolent burnu rayonunda baş verib: “Eskadra minadaşıyan gəmisinə Rusiya Federasiyasının sərhədini pozacağı halda atəş açılacağı barədə xəbərdarlıq edilib. Xəbərdarlığa əməl olunmayıb. Bu səbəbdən sərhəd mühafizə gəmisi xəbərdarlıq atəşi açıb”.
Vurğulanıb ki, bundan bir neçə dəqiqə sonra “Su-24M” təyyarəsi “Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atıb. Bundan sonra Britaniya gəmisi hərəkət istiqamətini dəyişib.
“Report”