rusiya-qutbler-ucun-yeni-gemi-insa-edecek

Rusiya qütblər üçün yeni gəmi inşa edəcək

Rusiya gəmi şirkəti buza dözümlü buzqıran gəmiləri inşa edərək turistləri Şimal Buzlu Okeanında gəzdirməyi hədəfləyir.

İnsider.az Türkiyə mediasına istinadə xəbər verir ki, Rusiyada dövlətə məxsus Birləşmiş Gəmiqayırma Şirkəti (OSK) buzlara dözümlü kruiz gəmiləri inşa etmək və maraqlı olan turistlərini Şimal Buzlu Okeanına aparmaq planlarını açıqlayıb.

Qütb turizminin hissəsi olacaq gəmilərin Murmansk və Barentsburg şəhərindəki limanlardan çıxması gözlənilir. 

Gəmi sektorunda Rusiyanın ən böyük dövlət gəmi inşa şirkəti olan Birləşmiş Gəmiqayırma Şirkətinin  (OSK) sədri Aleksey Rəhmanov: "Yolçu gəmiləri və xüsusilə də şimal qütbü səfərləri, turistlərin istəyi ilə olacaq. Bu sektora marağın digər kruiz gəmilərinə və səyahət sektorunun digər sahələrinə nisbətən daha sürətli artdığını müşahidə edirik. Adətən bütün biletlərimiz altı ay əvvəlcədən satılır.

Rəhmanovun şərhinə görə, gəmilərin hər biri 350 sərnişin daşıyacaq. Bir gəminin inşaat dəyəri 300 milyon dollara yaxındır (təxminən  510 milyon manat).

Nübar Lətifli