Rusiyanın Fransadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Fransa XİN-in Mətbuat Xidməti məlumat yayıb.
“Fransa qeyd edir ki, diplomatik kanallar növbəti dəfə məlumatı manipulyasiya etmək və qorxutmaq üçün sui-istifadə olunur”, - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, mayın 6-da Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az