Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduqları müvəqqəti postlar tam sökülərək götürülüb.
Sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür ki, başa çatıb.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdıqlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Report