rusiya-ve-abs-raket-muqavilesine-xitam-verildiyini-resmen-aciqladi

Rusiya və ABŞ raket müqaviləsinə xitam verildiyini rəsmən açıqladı

Rusiyanın Xarici İşlər Nazirliyi 8 dekabr 1987-ci il tarixində ABŞ və SSRİ arasında imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğv Olunması Müqaviləsinin (OQMR) ABŞ-ın təşəbbüsü ilə avqustun 2-dən qüvvədən düşdüyünü rəsmən açıqlayıb.

İnsider.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo bu məsələ ilə bağlı “Twitter”də şərh yazıb: “Fevralın 2-də ABŞ OQMR-ə dair müqavilənin icrasına qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Rusiya bundan imtina etdi, odur ki, müqaviləyə bu gündən xitam verilir. Başqalarının pozduğu müqavilədə ABŞ iştirak edəcək deyil”.

©Report