rusiya-ve-belarus-birlesir

Rusiya və Belarus birləşir

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko qaz qiymətləri və müdafiədən tutmuş tənzimləmə və mərkəzi bank siyasətinə qədər 28 birləşmə proqramını təsdiqləyən inteqrasiya fərmanını imzalayıblar.

Hazırlanması üç ildən çox davam edən və Qərb tərəfindən tanınmayan Belarusda seçkilərdən sonra kəskin sürətlənən sənəd cümə axşamı videokonfrans vasitəsilə imzalanıb.

Ötən il 1,5 milyard dollar kredit alan Lukaşenkoya müraciət edən Putin “Rusiya qardaş Belarus xalqına yardım göstərməyə davam edəcək. Bu il isə hökumət üzvləri vasitəsilə daha 1 milyard dollarlıq yeni kreditin verilməsi imkanını müzakirə edilib", deyib.

Lukaşenko Rusiya prezidentinə belə cavab verib: "Minsk üçün birlik dövləti “prioritetlərin prioritetidir”.

Sentyabrda Lukaşenkonun Moskvaya səfərindən sonra razılaşdırılmış 28 birlik proqramı ümumi neft və qaz bazarlarının (yəni Belarusiya üçün Rusiyanın enerji qiymətləri), vahid dövlət satınalma siyasətinin (yəni Belarus müəssisələrinin Rusiyaya daxil olması) yaradılmasını nəzərdə tutur. Büdcənin, kənd təsərrüfatı və sənaye siyasətinin də birləşdirilməsi hədəflənir.

Növbəti mərhələdə 400 aktın və ikitərəfli sazişin qəbul edilməsi planlaşdırılır.