Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə danışıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Ukraynadakı müharibəni müzakirə ediblər.
Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.