rusiya-ve-turkiye-arasinda-rubl-ile-taxil-muqavilesi-ilk-defe

Rusiya və Türkiyə arasında rubl ilə taxıl müqaviləsi - İLK DƏFƏ

Rusiya Taxıl Şirkəti, Türkiyəyə ilk dəfə Rusiya rublu ilə taxıl satacağını açıqlayıb.

Insider.az xəbər verir ki, Rusiya Taxıl Şirkətindən verilən açıqlamada, şirkətə bağlı "Grain Export SA"nın Türkiyəyə 60 min ton taxıl satışına dair tenderi qazandığı qeyd olunub.

Tender nəticəsində Rusiya taxılının 10-27 Sentyabr tarixləri arasında Mersin limanına təslim ediləcəyinin qeyd edildiyi açıqlamada, "Türkiyə ilə müqavilə Rusiya rublu ilə bağlanıb.Ödəmə üçün milli valyutanın seçilməsi sayəsində iqtisadi elastiklik təmin edilir, eyni zamanda məzənnə riskləri azaldılmışdır",- deyilir.

Türkiyəyə rubl ilə ilk pilot ticarət 2018-ci ilin Oktyabr ayında aparılmışdı.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, bir müddət əvvəl verdiyi açıqlamada, Rusiya ilə aparılan ticarətdə milli pul vahidlərinin istifadəsini artırmağı istədiklərini söyləmişdi.

©Marja