Ermənistan Azərbaycanla sərhəddəki gərginliyin nizamlanması üçün Rusiyadan kömək istəyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda göstərilir ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskin şəkildə gərginləşməsindən narahatdır.
Bəyanatda qeyd olunur ki, İrəvanla Bakı arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla həll edilməlidir.
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9:00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək”, - Rusiya XİN-in bəyanatında vurğulanır.
Oxu.Az