rusiya-xin-norvec-konsullugunun-emekdasinin-olkede-qalmasi-mumkun-deyil

Rusiya XİN: Norveç konsulluğunun əməkdaşının ölkədə qalması mümkün deyil


Xarici İşlər Nazirliyi ruslar haqqında söylədiyi sözlərdən sonra Norveç diplomatının Rusiyada qalmasını mümkün olmadığını hesab edir.

Rusiya Xarici İşlər Nazirliyi Norveç səfiri Rune Resalandı çağırıb və ona Norveç Baş Konsulluğunun əməkdaşının Murmanskda otel işçiləri ilə otaqların təmizlənməsi ilə bağlı mübahisəsi zamanı ruslara nifrət etdiyini bildirən “qəbuledilməz davranışı” ilə bağlı etiraz edib. Bu barədə idarənin saytında məlumat verilib.

Nazirlik Norveç Xarici İşlər Nazirliyinin insidentlə bağlı təəssüf hissini ifadə edən bəyanatını "nəzərə alındığınıi" bildirib.

“Eyni zamanda, hadisədən sonra Ellinqsenin Rusiya Federasiyası ərazisində qalmasının qeyri-mümkün olduğunu vurğulanıb”, -  Rusiya XİN-in məlumatında bildirilib.

Mənbə RBK