“Rusiya hər zaman Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı olub”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.
Rusiyalı diplomat vurğulayıb ki, Ermənistan rəhbərliyi bəzi məsələlərdə tez-tez qeyri-müəyyən mövqedən çıxış edir.
Rusiya XİN-in sözçüsü, həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı iddialarına da cavab verib:
“Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”
M.Zaxarova əlavə edib ki, N.Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır.
Oxu.Az