Rusiyanın Tambov vilayətində barıt zavodunda partlayış baş verib.
Nəticədə dörd nəfər ölüb, daha iki nəfər yaralanıb.
Bu barədə Fövqəladə Hallar Xidməti məlumat verib. Xidmətdən bildirilib ki, 1 kv.m sahədə baş verən yanğın söndürülüb.
Tambov vilayətinin qubernatoru Maksim Yeqorov yanğının səbəbləri barədə açıqlama verib.
Onun sözlərinə görə, hadisəyə insan amili səbəb olub.
Oxu.Az