Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərindəki “Lyudmila” bazarında güclü yanğın baş verib.
Alov üstü örtülü bazarın 7 min kvadratmetr sahəsini əhatə edib.
Dərhal işçilərin və müştərilərin evakuasiyası başlanılıb.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmasa da, satıcılara ciddi maddi zərər dəyib.
Hələlik yanğının hansı səbəbdən baş verməsi açıqlanmır.
Oxu.Az