Balaşixadakı “Stroytrakt” ticarət mərkəzinin damı 900 kvadratmetr sahədə çöküb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ümumilikdə yanğın sahəsi 10 min kvadratmetrə çatıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində mühafizəçi xəsarət alıb.
Yanğının təhlükə dərəcəsi üçdən dördə yüksəldilib.
Hadisəyə səbəb yağışa görə baş verən qısaqapanma hesab edilir. Ehtimallara görə, əvvəlcə ticarət mərkəzinin yaxınlığındakı açıq sahədə yığılmış tikinti materialları yanıb, daha sonra yanğın böyük sürətlə yayılıb.
İstintaq Komitəsi Balaşixada ticarət mərkəzində baş vermiş yanğın faktı ilə bağlı cinayət işi açıb.
11:32
Rusiyanın Balaşixa şəhərində (Moskva vilayəti) “Stroypark” ticarət mərkəzində yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım xidməti cəlb olunub. Təxliyə prosesinə başlanılıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Yanğına üçüncü çətinlik dərəcəsi verilib.
Xatırladaq ki, bir neçə gün öncə Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib. Yanğına səbəb binada aparılan qaynaq işləri olub. Faciə nəticəsində bir nəfər həlak olub.