rusiyada-demiryolunda-partlayis-bas-verib

Rusiyada dəmiryolunda partlayış baş verib

Rusiyanın Kalininqrad şəhərində dəmiryol relslərində partlayış olub.

Hadisə yerli cəzaçəkmə koloniyasının yaxınlığında baş verib. Nəticədə dəmiryolu relsinə ziyan dəyib.

Brusniçnaya stansiyası ərazisinə təcili yardım xidmətləri cəlb olunsa da, ilkin məlumata görə, xəsarət alan yoxdur.

Oxu.Az