rusiyada-deputat-evinde-qeddarliqla-qetle-yetirilib-foto

Rusiyada deputat evində qəddarlıqla qətlə yetirilib - FOTO

Rusiyanın Yuqradan olan deputatı  Aleksandr Kolodiç qətlə yetirilib. 58 yaşlı siyasətçinin üzərində zorakılıq izləri olan meyiti Moskvada evinin zirzəmisində tapılıb.

Polis qurbanın 55 yaşlı həyat yoldaşını da evdə tapıb - qadın çoxsaylı bıçaq xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şübhəli kimi onlara şəxsi təsərrüfatda köməklik edən işçi saxlanılıb. Yaxın vaxtlarda 39 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri seçiləcək.