Rusiyada dollar və avronun məzənnəsi artıb.
İnsider.az xəbər verir ki, bu gün, avqustun 19-da dolların məzənnəsi 67 rublu keçərək fevraldan bəri ən yüksək həddə çatıb. Moskva Birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 44 qəpik bahalaşaraq 67,03 rubl olub.
Avronun məzənnəsi isə 58 qəpik artaraq 74,34 rubla çatıb.
FED.az