Rusiyanın İrkutsk şəhəri yaxınlığında güclü zəlzələ baş verib.
RBK-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayətindəki mətbuat xidməti xəbər yayıb.
Yeraltı təkanlar yerli vaxtla 5:44-də başlayıb və 5-6 bal gücündə hiss olunub.
Məlumata görə, episentri qonşu Buryatiya Respublikasının Kabanski rayonu olan zəlzələnin mərkəzində intensivlik 7,6 bal gücündə hesablanıb.