Rusiyada “Lukoil” şirkətinin vitse-prezidenti Vitali Robertus öz iş kabinetində intihar edib.
Şirkət 53 yaşlı top-menecerin intihar xəbərini mart ayının 12-də elan etsə də, ölüm səbəblərini açıqlamayıb.
Məlumata görə, Robertusun cəsədi “Lukoil”un Sretenski bulvarındakı ofisində tapılıb.
Məlum olub ki, o, ölümündən bir müddət əvvəl səhhətindən şikayətlənib və başağrısı üçün dərmanlar istəyib, bundan sonra öz kabinetinə gedib. Robertus bir neçə saat otaqdan çıxmayıb və telefona da cavab verməyib. Kabinetə girən əməkdaşlar onun cəsədini aşkar ediblər.
Onun asfiksiyadan (Tənəffüs yollarının daralması, tənəffüs yollarına yad cisimlərin düşməsi və ya döş qəfəsinin sıxılması, ağciyər ödemi nəticəsində orqanizmə oksigen getməməsi nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir - red.) öldüyü bildirilir.
Qeyd edək ki, Vitali Robertus 30 ilə yaxın sözügedən şirkətdə çalışıb.
Oxu.Az