rusiyada-mese-yanginlari-tugyan-edir-alti-nefer-olub-yenilenib-foto

Rusiyada meşə yanğınları tüğyan edir: Altı nəfər ölüb - YENİLƏNİB + FOTO

Rusiyanın Kurqan vilayətində baş verən yanğınlarda altı nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Yaralılar, əsasən, yanıq xəsarətləri alıblar.

Onların tibb müəssisələrinə yerləşdirildiyi qeyd edilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanğınların söndürülməsi üçün iki ədəd “İl-76” təyyarəsi göndərilib.

09:46

Rusiyanın Kurqan vilayətində meşə yanğınları baş verib.

Yanğınsöndürənlər aktiv olan 13 yanğın mərkəzinin doqquzunu lokallaşdıra biliblər.

Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov bildirib.

Yaşayış məntəqələrini təhdid edən doqquz yanğından altısı lokal xarakter daşıyır. Son sutka ərzində daha səkkiz yanğın söndürülüb.

Yanğının söndürülməsinə 1 290 nəfər və 332 texnika cəlb edilib, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası yanğınlara 165 ton su töküb.