rusiyada-son-sutkada-koronavirusdan-101-nefer-olub

Rusiyada son sutkada koronavirusdan 101 nəfər ölüb

Rusiyada son sutkada daha 44 045 nəfər COVID-19-a yoluxub.

Bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 20 157 143 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 101 nəfər artaraq 385 530-a yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 19 144 853 nəfər sağalıb.

Report