rusiyada-telebeler-cagiris-menteqesini-yandirmaq-istediler

Rusiyada tələbələr çağırış məntəqəsini yandırmaq istədilər

Rusiyanın Rostov-Don şəhərində üç nəfər çağırış məntəqəsini yandırmaq istəyib.

Yanvarın 3-nə keçən gecə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 21 yaşlı Əhməd R., Mühəndislik Texnologiyaları Kollecinin 17 yaşlı tələbəsi İlya K. və Biznes və Hüququ İdarəetmə İnstitutunun 17 yaşlı tələbəsi İvan B.-ni tutublar.

İstintaqın məlumatına görə, uşaqlar “Molotov kokteyli” ilə komissarlığın binasını yandırmaq barədə sözləşiblər, lakin özlərindən asılı olmayan səbəblərdən bunu edə bilməyiblər.

Həmin şəxslərin evlərində axtarış aparılıb.