rusiyada-xarici-taksi-servislerine-islemek-qadaga-olunacaq

Rusiyada xarici taksi servislərinə işləmək qadağa olunacaq

Xarici taksi servisləri Rusiya ərazisində xidmət gösstərə bilməyəcəklər. Müvafiq düzəlişlər taksi aqreqatorları barədə qanunvericiliyinin ikinci mətninə əlavə edilib. İnsider.az bu barədə “RİA Novosti”-yə istinadla xəbər verir.

“Biz taksi sifarişi xidmətinə tamamilə yeni tələblər yazdıq: bu, ancaq hüquqi şəxs olmalıdır və onlar hansısa xarici şirkətin filialı ola bilməz, onlar ancaq Rusiyalı kapitalı olan Rusiya şirkətləri ola bilər”, - deyə Dövlət Dumasının deputatı Yevgeniy Moskviçev izah edib.

Onun sözlərinə görə, qanunvericiliyin icrasına bölgə hakimiyyəti nəzarət edəcək. Üstəlik, Rusiya vətəndaşı olmayan şəxslər taksi sürücüsü kimi çalışa bilməyəcəklər. Taksi sürücülərinə həmçinin yaşı yeddidən çox olan minik avtomobillərini sürmək qadağa ediləcək. Avtomobilin ön hissəsində sol və sağ bortlarında taksi operatoru və onun lisenziyası barədə iri hərflərlə məlumatlar yerləşdiriləcək.

Samirə Məmmədova