rusiyadan-azerbaycana-pul-kocurmeleri-keskin-azalib

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb

2020-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana pul köçürmələri 95 milyon 228 min dollar təşkil edib. Bu barədə  Mərkəzi Bankdan məlumat verilib.

2019-cu ilin birinci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslər 133 milyon 786 milyon dollar vəsait köçürmüşdülər. Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 28,8% azalıb.

Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb.

O cümlədən, fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə - 18,02 milyon dollar (artım 13,6%), АBŞ - 10,089 milyon dollar (аrtım 9,6%), Qazaxıstan - 8,13 milyon dollar (аrtım 7,4%) və Birləşmiş Ərəb Əmirlikləri - 7,379 milyon dollar (аrtım 29,9%) daxildir.

Hesabat dövründə Azərbaycandan Rusiyaya köçürmələrin həcmi 29,332 milyon dollar təşkil edib, bu da 2019-cu ilin birinci rübünün göstəricisindən 20,3% çoxdur.

Eyni zamanda, hesabat dövründə Azərbaycanda fiziki şəxslər Türkiyəyə - 26,387 milyon dollar (аrtım 33,8%), АBŞ-a - 10,383 milyon dollar (аrtım 51,9%), Böyük Britaniyaya - 8,234 milyon dollar (аrtım 90,4%) və Gürcüstana - 7,721 milyon dollar (аrtım 69,4%) həcmində köçürmələr həyata keçiriblər.

Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi 188 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin I rübünün göstəricisindən 12,6% azdır.  

İnterfaks-Azərbaycan